Liviyada hakimiyyət uğrunda mübarizə aparan iki ayrı hökuməti dəstəkləyən silahlı qruplar arasında paytaxt Tripolidə baş verən qarşıdurmada 32 nəfərin həyatını itirdiyi açıqlanıb.
7NEWS.az xəbər verir ki, Liviyanın paytaxtı Tripolidə silahlı qruplar arasında baş verən qarşıdurmalarda 32 nəfərin həyatını itirdiyi, 159 nəfərin yaralandığı açıqlanıb. Münaqişədə olan qruplar Liviyada hakimiyyət uğrunda mübarizə aparan iki ayrı hökuməti dəstəkləyir. Münaqişədə insan itkisi ilə bağlı bəyanatı Tripolidə yerləşən Səhiyyə Nazirliyi verib.
7NEWS.az