Liviyanın paytaxtında iki qrup arasında qarşıdurma olub: 27 ÖLÜ 100 YARALI VAR

OXUNUB: 179 Özəl DÜNYA

Liviyada 444-cü briqada ilə Rada qrupları arasında baş verən qarşıdurmada ən azı 27 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

7NEWS.az xəbər verir ki, Liviyanın paytaxtı Tripolinin müxtəlif bölgələrində iki qrup arasında baş verən şiddətli toqquşmalarda azı 27 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Bazar ertəsi gecəsindən çərşənbə axşamı axşama kimi davam edən qarşıdurmaların sonunda atəşkəsin əldə edildiyi açıqlanıb.

Ölkənin qərbində xilasetmə əməliyyatlarını idarə edən Təcili Tibbi Yardım Mərkəzi paytaxtın cənubunda baş verən zorakılıqlarda 234 ailənin və onlarla əcnəbi həkim və tibb bacısının xilas edildiyini bildirib.

7NEWS.az

RƏYLƏR