7NEWS.az xəbər verir ki, Florensiyanin məşhur Fortezza Da Basso qalereyasında 13-cü beynalxalq rəsm sərgisi start götürüb. Açılış mərasimində tanınmış incəsənət nümayəndələri və Florensiyanın rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə 40-dan artıq ölkənin 460 nümayəndəsinin 1000-ə yaxın əsərləri nümayiş olunur. Sərgi elə ilk gündən zövqləri oxşayan əsərlərlə ziyarətə gələnlərin diqqətini cəlb edib. Bu mötəbər incəsənət yarışmasında ölkəmizi Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Məmmədov təmsil edib. AR Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sərgiyə qatılan gənc rəssamımız gizli üslubda yağlı boya ilə çəkdiyi "Domesticated Red" əsərini nümayiş etdirib. Fəlsəfi bir təxəyyülün məhsulu olan əsər hamı tərəfindən rəğbətlə qarşılanıb. Elaya media dəstək Neapol-Baki Assosiasiyası tərəfindən göstərilir. Tədbir oktyabrın 31-də başa çatacaq. Oktyabrın 28-dən isə Elay Məmmədovun daha bir rəsmi Torino beynəlxalq sərgisində nümayiş olunacaq.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Baş prokuror Çin Xalq Respublikasında işgüzar səfərdədir
18.04.2024, 16:43 / Özəl, SOSİAL -
-
Əcnəbi vətəndaş Əhməd Vəliyevin kürəkənini məhkəməyə verdi
18.04.2024, 13:50 / SOSİAL -
Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb
18.04.2024, 10:00 / SOSİAL -
Vətən müharibəsi iştirakçısı canına qəsd edib
17.04.2024, 16:55 / SOSİAL -
İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı-COP haqqında nə bilirik - 1-ci yazı
16.04.2024, 17:11 / KÖŞƏ, Özəl, SOSİAL -
Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir
16.04.2024, 17:08 / Özəl, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Səhiyyə, İQTİSADİYYAT Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? - Asiman Həsənovun pardaxlanan tenderləri...
-
Səhiyyə, GÜNDƏM, Özəl “İstanbul NS Klinikası” (Stimul Hospital) etiraf etdi: SİSTEM KÖÇÜRDÜK, XƏSTƏ VƏFAT ETDİ
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT "Grandmart" supermarketlər şəbəkəsində kassa maxinasiyası: DİQQƏTLİ OLUN