7NEWS.az xəbər verir ki, Florensiyanin məşhur Fortezza Da Basso qalereyasında 13-cü beynalxalq rəsm sərgisi start götürüb. Açılış mərasimində tanınmış incəsənət nümayəndələri və Florensiyanın rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə 40-dan artıq ölkənin 460 nümayəndəsinin 1000-ə yaxın əsərləri nümayiş olunur. Sərgi elə ilk gündən zövqləri oxşayan əsərlərlə ziyarətə gələnlərin diqqətini cəlb edib. Bu mötəbər incəsənət yarışmasında ölkəmizi Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Məmmədov təmsil edib. AR Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sərgiyə qatılan gənc rəssamımız gizli üslubda yağlı boya ilə çəkdiyi "Domesticated Red" əsərini nümayiş etdirib. Fəlsəfi bir təxəyyülün məhsulu olan əsər hamı tərəfindən rəğbətlə qarşılanıb. Elaya media dəstək Neapol-Baki Assosiasiyası tərəfindən göstərilir. Tədbir oktyabrın 31-də başa çatacaq. Oktyabrın 28-dən isə Elay Məmmədovun daha bir rəsmi Torino beynəlxalq sərgisində nümayiş olunacaq.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Minsk Şəhər İcraiyyə Komitəsinin sədri “ASAN xidmət”də
15.05.2024, 12:29 / Özəl, SOSİAL -
Millət vəkili seçiciləri ilə növbəti görüşünü keçirdi - FOTOLAR
15.05.2024, 10:59 / SOSİAL -
Beynəlxalq qonaqlar “ASAN xidmət”də
13.05.2024, 11:43 / GÜNDƏM, Özəl, SOSİAL -
Mingəçevirdə insanların istirahət etdiyi parkda avtoxuliqanlıq edən sürücü həbs olunub
13.05.2024, 10:55 / Özəl, HADİSƏ, SOSİAL -
Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş 13-cü Regional konfrans keçirildi - FOTO
12.05.2024, 11:30 / SOSİAL -
ASAP tərəfindən Almaniyada Heydər Əliyevin doğum gününə həsr olunmuş gənclər konfransı keçirilib
11.05.2024, 14:26 / Özəl, SOSİAL -
Gənclər üçün "LevelUP" Karyera Forumu Mingəçevirdə həyata keçirilib
10.05.2024, 21:26 / Özəl, QHT, SOSİAL