7NEWS.az xəbər verir ki, 1988-ci ildə Lokerbi faciəsi kimi tanınan terror partlayışında şübhəli bilinən Əbu Aqilə Məhəmməd Məsut ABŞ-da ilk dəfə məhkəmə qarşısına çıxıb. Paytaxt Vaşinqtonda keçirilən işin ilk iclasında terror aktı zamanı həyatını itirənlərdən bəzilərinin yaxınları da iştirak edib. Bazar günü Şotlandiyada həbs edilərək ABŞ səlahiyyətlilərinə təhvil verilən Məsutu ilk iclasda məhkəmənin təyin etdiyi federal vəkil təmsil edib. Məsut tərcüməçinin köməyi ilə "müdafiəsini yerinə yetirəcək vəkil tapana qədər” danışmayacağını bəyan edib.
7NEWS.az