Londonun Hitrou hava limanında təhlükəsizlik qüvvələrinin anti-terror bölməsi əməliyyat keçirib.
İcmal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə polisin yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, polis 21 yaşlı britaniyalı qadını saxlayıb. İstanbuldan qayıdan qadının Suriya ilə əlaqəli olduğu bildirilib. Saxlanılan şəxsin terror aktı planlaşdırdığı vurğulanıb.
Bundan əlavə polisin Londanda iki ünvanda axtarış apardığı da qeyd olunub.
İcmal.Az

























