Bakının Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Metronun Koroğlu stansiyasının yaxınlığında Heydər Əliyev prospektini piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən 1992-ci il təvəllüdlü Əliyev Rasim Söhbət oğlunu London taksisini idarə edən Səfərov Şirməmməd Nəzir oğlu vurub.
Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü piyadanın vəziyyətinin ağır olduğunu görərək, ətrafdakıların köməkliyi ilə onu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.
Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb. O, inzibati məsuliyyətə cəlb olunub.
Avtomobil cərimə meydançasına yerləşdirilib./report
İcmal.Az