7NEWS.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda üç ən böyük marketdən biri olan ASDA, TESCO və Morrisons supermarket şəbəkələri son günlər tərəvəz tədarükü qıtlığının qarşısını almaq üçün satışlarını məhdudlaşdırıb. Ötən çərşənbə axşamından etibarən tətbiq olunmağa başlayan məhdudiyyət çərçivəsində piştaxtalarda adambaşına üç tərəvəz satılması qərara alınıb. Təchizat qıtlığı səbəbindən xiyar, kahı, pomidor kimi tərəvəzlərə məhdudiyyətlər qoyulduğu halda, bu problemin ən böyük səbəbi ölkədə nəqliyyat vasitəsi sürücülərinin olmamasıdır.
7NEWS.az

























