Adambaşına düşən gəlirə görə Avropanın ən zəngin ölkəsi olan Lüksemburqda pulsuz ictimai nəqliyyatın üçüncü ilini başa vurub.
7NEWS.az xəbər verir ki, Dövlət büdcəsinə böyük yük olsa da, icra ildönümündə kiçik ölkədə tramvay, avtobus və qatarlardan istifadə edənlər xidmətdən çox razı qaldıqlarını bildirirlər.
Ölkənin kiçik olması və orta gəlirin yüksək olması tətbiqin həyata keçirilməsini asanlaşdırır. Ölkənin əhalisi 640 min civarındadır və Dünya Bankının 2021-ci il məlumatlarına görə adambaşına düşən orta gəlir ildə 99 min 900 avro təşkil edir. Müqayisə üçün deyək ki, qonşu ölkə olan Fransada bu, orta hesabla 35 min 200 avrodur. Türkiyədə isə 2021-ci ilə qədər təxminən 9 min avrodur.
7NEWS.az