Mağazadan 30 min manatlıq oğurluq edən satıcı saxlanıldı

OXUNUB: 535 HADİSƏ

Bakı şəhərindəki mağazadan 30 min manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az  verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb.

İcmal.Az

RƏYLƏR