Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniczky bildirib ki, onun ölkəsi və Avstriya müharibənin daha da genişlənməsinin qarşısını almaq üçün Ukraynaya silah göndərməyəcək.
7NEWS.az xəbər verir ki, Müdafiə naziri Szalay-Bobrovniczky paytaxt Budapeştdə Avstriyanın müdafiə naziri Klaudia Tanner ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib. Avstriya naziri Tanner Avropada təhlükəsizlik vəziyyətinin Ukraynadakı proseslərin yaratdığını və ən böyük təhlükənin müharibənin Avropaya yayılması olduğunu bildirib.
İki ölkə arasında əməkdaşlığın mükəmməl olduğunu qeyd edən Tanner, iki ölkə əsgərlərinin 7 fərqli missiyada ortaq vəzifələr yerinə yetirdiyini sözlərinə əlavə edib.
7NEWS.az