7NEWS.az xəbər verir ki, Macarıstanda İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün müxalifətin təşəbbüsü ilə keçirilən parlamentin növbədənkənar sessiyasında kvorum əldə olunmadığı üçün səsvermə keçirilə bilməyib. Yerli mətbuatın məlumatına görə, hakim partiyanın deputatları İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün müxalifət partiyalarının deputatlarının keçirdiyi növbədənkənar parlament iclasına etiraz edərək iclasa qatılmayıblar. Parlamentdə üçdə iki səs çoxluğuna malik olan hakim partiya üzvlərinin iclasa qatılmamasından sonra İsveçin NATO-da iştirakının təsdiqi ilə bağlı səsvermə təxirə salınıb.
7NEWS.az