7NEWS.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Fransanın paytaxtı Parisdə keçirilən kənd təsərrüfatı sərgisində iştirak edib. Yarmarkada jurnalistlərin suallarını cavablandıran Makron aprelin əvvəlində Çinə səfər edəcəyini bildirib. Çinin müharibənin sona çatması üçün Rusiyaya təzyiqlərə kömək etməli olduğunu bildirən Makron, "Daimi sülh yalnız Rusiyanın təcavüzünün dayandırılması, qoşunların çıxarılması və Ukrayna xalqının ərazi bütövlüyünə hörmət ediləcəyi təqdirdə mümkün olacaq"dedi.
7NEWS.az