“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…

OXUNUB: 434 Özəl SİYASƏT
"AZƏRTAC”ın Yeni Kaledoniyaya ezam olunmuş müxbirinin bir müddət polis orqanında saxlanılması və daha sonra "arzuolunmaz şəxs” qismində ölkədən çıxarılması söz azadlığına da, informasiya əldə etmək hüququna da hayqırıdır və bütün beynəlxalq aləm məlum addımı qınamalıdır.”7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

 "Ayrı vaxt Fransa özünü demokratiya aşiqi kimi aparır və Avropa dəyərlərinin təmsilçisi kimi təqdim etməyə çalışır. Hərgah, bunlara bir sual verən lazım: Budurmu sizin demokratlığınız? Budurmu sizin Avropa öncüllüyünüz? Budurmu sizin ümumbəşəri dəyrlərə, qanuna, beynəlxalq hüquqa, Konvensiyalara hörmətiniz?

Təbii ki, Makronun özü təbiət və xislət etibarilə nədirsə, onun komandası, hüquq-mühafizə orqanları da odur. Yəni, necə deyərlər mal yiyəsinə oxşayar. Hər şey də qəsdən və məqsədli şəkildə edilib. Fransa rəhbərinin özü açıq və qatı diktator olduğu üçün, onun yaratdığı abu-hava, mühit də diktatura tələblərinə tam uyğundur. Ona görə belə davranırlar, rüsvayçı addımlara imza atırlar, özlərini günbəgün daha da biabır edirlər.

Fransa onsuzda Makronun rəhbərliyi altında öz qürub dövrünü yaşayır, bata-bata gedir, nüfuzunu yerlə bir edir. Amma tam səmimi deyim: heç kim bu qədərini gözləmirdi. Kimsənin ağlına gəlməzdi ki, Makron və onun hüquq-mühafizə orqanları bir xanım jurnalistlə bəhsəbəhs edəcək qədər, pasportunda Şengen vizasının olmasına və heç bir qanun pozuntusu törətməməsinə rəğmən digər dövlətin vətəndaşı ilə bu şəkildə davranacaq qədər özünü rəzil duruma sala bilər.

Ayıb olsun. Gerçəkdən. Fransa bu davranışına görə utanıb yerə girməlidir. Çünki onların elədiyi həqiqətən biabırçılıqdır, tərbiyəsizlikdir.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR