Maks Ferstappen Formula 1-də mövsümün ilk yarışında qalib gəlib

OXUNUB: 180 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Formula 1-də 2023-cü il mövsümü Bəhreyn Qran Prisi ilə başlayıb. Yarışa birinci yerdən başlayan və yerini qoruyan holland pilot Verstappen 1:33:56,736 nəticə ilə mövsümün ilk yarışında qalib gəlib. Verstappenin komanda yoldaşı, meksikalı Serxio Peres liderdən 11,987 saniyə geri qalaraq podiuma, yeni komandası Aston Martin ilə uğurlu yarış keçirən ispan Fernando Alonso isə liderdən 38,637 saniyə geri qalaraq üçüncü olub. Mövsümün ikinci yarışı olan Səudiyyə Ərəbistanı Qran Prisi martın 19-da keçiriləcək.

7NEWS.az

RƏYLƏR