Malayziyada güclü yağış nəticəsində 1 nəfər həyatını itirib

OXUNUB: 234 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Malayziyada həftənin əvvəlindən ölkənin müxtəlif bölgələrində, xüsusilə Cohor, Pahang, Negeri Sembilan və Melaka bölgələrində güclü yağışlar davam edir. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, yağıntıların səbəb olduğu daşqın və sürüşmələrə görə 27 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. Bu gündən etibarən 25 mindən çox insanın təxliyə mərkəzlərində qaldığı Johor leysan yağışlardan ən çox təsirlənən bölgədir, 1 nəfər isə sel sularında həyatını itirib.

7NEWS.az

RƏYLƏR