Malayziya hərbi hava qüvvələrinə məxsus bir təyyarə havaya qalxdıqdan qısa bir müddət sonra yoxa çıxıb.
Kuantan bazasından havaya qalxan təyyarə ilə 30 dəqiqə sonra Pahang-Terengganu sərhədində rabitə qırılıb.
Malayziyadan verilən açıqlamaya əsasən axtarış-xilasetmə işlərinə start verilib.
Qeyd edək ki, üç il əvvəl də Malayziyanın bir təyyarəsi yoxa çıxmışdı. Bu günə qədər də təyyarənin qalıqları tapılmayıb./olke.az
İcmal.Az

























