Malidə törədilən terror aktı nəticəsində 5 nəfər ölüb

OXUNUB: 295 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Mali Ordusunun Facebook hesabında edilən paylaşımda hərbi maşının Nara bölgəsində Kvala-Mourdiah xəttindən keçərkən pusquya düşdüyü bildirilib. Hadisə zamanı həmin vaxt yoldan keçən 4 əsgər və bir mülki vətəndaşın həyatını itirdiyi qeyd edilib. Yanvarın 10-da Malidə iki ayrı hücumda 14 əsgər həlak olub. Sahel bölgəsində "3 ölkə sərhədi" kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və İŞİD-ə bağlı qrupların hücumlarına məruz qalır. 2013-cü ildən bəri Malidə yerləşən xarici hərbi missiyalara baxmayaraq, ölkədəki terror təşkilatları hücumlarını davam etdirir.

7NEWS.az

RƏYLƏR