Mançester polisi terror aktında şübhəli bilinən 10-cu adamı saxlayıb

OXUNUB: 794 DÜNYA

Mançester polisi stadionda baş vermiş terror aktında şübhəli bilinən 10-cu adamı saxlaması barədə "Twitter”də xəbər yayıb.

Həmin şəxs Moss-Sayd zonasında saxlanılıb.

"Bu gün səhər biz Moss-Sayd zonasında bir kişini saxladıq. Bu, "Mençester arena”dakı hücumla bağlıdır”, – deyə xəbərdə bildirilir.

Polisdən bildirilib ki, təhqiqatın gedişində 10 nəfər saxlanılıb. Lakin onlardan ikisi – kişi və qadın ittiham elan edilmədən buraxılıb. Hazırda 8 nəfər həbsdədir.

Dünən polisin Mançesterdəki terror aktı ilə əlaqədar 8-ci şübhəlini saxladığı bildirilirdi./report

İcmal.Az

RƏYLƏR