Mançesteri qan gölünə çevirən terrorçunun — FOTOSU

OXUNUB: 905 DÜNYA
Dünən İngiltərənin Mançester şəhərinin stadionunda terror aktı törədilib.


insident nəticəsində 22 nəfər həlak olub. Terror hücumu İŞİD silahlısı Salman Abadi tərəfindən həyata keçirilib. İngilis mətbuatı artıq terrorçunun fotosunu yayımlayıb.

Müğənni Ariana Qrandenin konserti əsnasında baş verən partlayışda həlak olanların arasında azyaşlı uşaqlar da var. Polisdən verilən xəbərə görə terrorçu kustar üsulla hazırlanmış bombanı partladıb. Kamikadze-terrorçu özü də partlayış nəticəsində həlak olub. İŞİD terror qruplaşmasının məsuliyyəti öz boynuna götürdüyü hücumu Liviya əsilli, 22 yaşlı Salman Abadi həyata keçirib. Abadinin artıq fotosu yayımlanıb./olke.az
 
 
İcmal.Az

RƏYLƏR