Maqnus Karlsen şahmat tarixində rekord müəyyənləşdirib

OXUNUB: 758 İDMAN
Dünya çempionu Maqnus Karlsen şahmat tarixində rekord müəyyənləşdirib.
İCMAL.az-ın məlumatına görə, 29 yaşlı norveçli qrossmeyster buna klassik şahmatdakı məğlubiyyətsiz oyunlar seriyasını 101-ə çatdırmaqla nail olub. 
Skandinaviyalı bu göstəricini Men adasında təşkil olunan beynəlxalq turnirdə rəsmiləşdirib. Son turda erməni Levon Aronyanla heç-heçə edən M. Karlsen mütləq rekordu gerçəkləşdirib. 
Son məğlubiyyəti 2018-ci il iyulun 31-də qeydə alınan norveçli bu müddətdə 33 qələbə qazanıb, 68 heç-heçə edib. Bununla da çinli Din Lijen ardıcıl 100 oyunluq məğlubedilməz seriyası qüvvədən düşüb. Asiyalı 2017-ci il avqustun 10-dan 2018-ci il noyabrın 10-a qədər uduzmayıb. Din Lijeni 101-ci görüşdə fransalı Maksim Vaşye-Laqrav məğlub edib.
Qeyd edək ki, beynəlxalq turnirin qalibi adını Vanq Hao (Çin) qazanıb. 9 matçdan 8 xal toplayan qrossmeyster Fabiano Karuananı (ABŞ) əlavə göstəricilərdə qabaqlayıb. Qalibdən 0,5 xal geri qalan M. Karlsen isə yarışı 6-cı pillədə bitirib. Eyni zamanda, "Grand Swiss" adlanan birinciliyin qalibi İdddiaçılar Turnirinə 4-cü vəsiqəyə yiyələnib. O, azərbaycanlı Teymur Rəcəbov, amerikalı Fabiano Karuana və çinli Dinq Lirenə rəqib olub. 

RƏYLƏR