"Facebook" şirkətinin rəhbəri Mark Çukerberq qovulduğu ali təhsil ocağında fəxri alimlik dərəcəsi alıb.
Çukerberq 12 il əvvəl Harvard universitetindən qovulmuşdu. Universitet Massaçusets ştatında yerləşir.
Ali təhsil ocağının bəyanaında deyilir ki, biznesmen "Time" və "Forbes" jurnalının versiyalarına əsasən dünyanın ən nüfuzlu adamları siyahısına salınıb.
Bundan başqa Mark milyardlarla dollar vəsaiti xeyriyyə işlərinə sərf edib: "Çukerberq "Facebook"u Palo-Altoya köçürmədən əvvəl Harvard universitetində informatika öyrənib".
Artıq Mark Çukerberq hüquq elmləri üzrə fəxri doktor ünvanını daşıyır.
Mark 2005-ci ildə təhsilə qayıtmağı planlaşdırmadığını bəyan etmişdi./olke.az

























