Market işçisi iş yoldaşını ÖLÜMÜNƏ DÖYDÜ: Cinayət gizlədilir? - ŞOK İDDİA - FOTOLAR

OXUNUB: 616 HADİSƏ
"AZER YAPI MARKET” MMC şirkətinə məxsus "Evimiz Market”-in işçisi İbrahimov Abbas Akif oğlu redaksiyamıza müraciət edərək şirkətin anbarında iş yoldaşı tərəfindən ölümcül döyüldüyünü, sonradan şirkət rəhbərliyi tərəfindən hüquqlarının pozulduğunu, əsassız olaraq işdən çıxarıldığını söyləyib. 

Abbas İbrahimov BiG.AZ açıqlamasında bildirib ki, 2017-ci ildə işlədiyi şirkətdə keçmiş Beyləqan Rayon prokuroru Oqtay Kamalovun oğlu Müşfiq Kamalov onu arxadan dəmirlə vurub: 

"Mən vurulan zaman özümdən getmişəm. Aldığım zərbə nəticəsində qapalı kəllə-beyin travması almışdım. Beynim silkələnib, sağ üst çənə sümüyü qırıldığı üçün ömürlük mil qoyulub.Sol alın nahiyəsində dərin yara açılıb.Gözlərimdən çoxlu qan gəlib. Dişlərim qırılıb. Çox ağır vəziyyətdə 26-gün xəstəxanada müalicə aldım. İş yoldaşlarım çalışıblar ki, məni ayıltsınlar. Elə biliblər ki, ölmüşəm. Təsəvvür edirsiniz həmin zaman nə təcili tibb yardım çağırılıb, nə də polisə məlumat verilib. Məni şəxsi maşına qoyub "City Hospital” aparıblar. O, xəstəxanada məni bir neçə gün başqa adla saxlayıblar. Mənim iki azyaşlı uşağım var. Vəziyyətimlə bağlı ailəmə xəbər verilməyib”. 

Şikayətçi bildirib ki, "AZER YAPI MARKET” MMC-də10 il işləyib: "Şirkətdə işçi dəyişimi olmuşdu. Bir çox köhnə işçilər çıxarılmışdı. Məni də hər gün təhqir edir, hədələyirdilər. İşlədiyim bu 10 il ərzində bir səhfim olmayıb. Müşfiq Kamalov orada satış məsləhətçisi işləyirdi. O, işə gələndən məni hədələməyə başladı. Bir neçə ay bu təhqirlərə göz yumub, işimlə məşğul oldum. Amma 2017-ci ilin iyunun 10-da mənə ağır sözlər dediyinə görə dözə bilmədim. Mən də ona cavab verdim. O da mən anbara girən zaman arxamca gəlib, dəmirlə başıma vurdu. Ölümcül hala düşmüşdüm. Bəxtim onda gətirdi ki, nəzarət kameralarının qeydə aldığı görüntülər var. Bu görüntülər də bir neçə ay gizlədildi. Çünki şirkət rəhbərliyi çalışdığı qədər bu məsələni gizlin saxlayırdı. Bir neçə gündən sonra həmyerlim yanıma gəldi. Şirkət və xəstəxana rəhbərliyinə bildirdi ki, bu haqqda polisə məlumat vermisiniz. Yox cavabını alandan sonra o, 102 çağrı mərkəzinə məlumat verdi. Şirkət rəhbərliyi həmyerlimlə mübahisə etdi ki, niyə polisə məlumat vermisiniz. O, da bildirdi ki, qanunla bu belədir. Əslində xəstəxana rəhbərliyi məlumat verməliydi. İlk öncə yüngül maddə ilə cinayət işi qaldırılmışdı. Sonra mən müalicə alıb ayağa qalxandan sonra yenidən bu işin üzərinə düşüb, maddəni dəyişdirdim. Hazırda şirkət rəhbərliyi Müşfiq Kamalovu ölkədən çıxarıbdır. O, interpol xətti ilə axtarışdadır”. 

Abbas İbrahimov hazırda başında güclü ağrılar olduğunu vurğulayıb: "Xəstəxananın pulunu şirkət rəhbərliyi ödədi. Sonra isə o pulu məndən aldılar. Onlar pulu məndən alandan sonra bildirdim ki, bu günə kimi sizdən şikayət etməmişəm.Halbuki bu məsələdə şirkət rəhbərliyinin əli var. "AZER YAPI MARKET” MMC-nin direktoru Muradov Murad Bağır oğludur. Ceyhun Cəfərov da onun köməkçisidir. Bu iki şəxs cinayətini üstünü bağlamaq istəyirdi. Çünki Ceyhun Cəfərovun Müfiq Kamalovla yaxın münasibətləri var. Onlar şirkətə bir yerdə gəliblər.Mən ömürlük şikəst olmuşdum. Tabeliyimdə iki azyaşlı uşağım var. Mənə ciddi maddi ziyan dəyib. Bundan əlavə qanunsuz işdən çıxarılmışam. Mən istəyirəm ki, işim yenidən bərpa olunsun”. 

Məsələ ilə bağlı şirkət rəhbəri Murad Muradovla əlaqə saxlamağa çalışırıq, mövqelərini dərc etməyə hazırıq. 

İcmal.Az
Market işçisi iş yoldaşını ÖLÜMÜNƏ DÖYDÜ: Cinayət gizlədilir? - ŞOK İDDİA - FOTOLAR
Market işçisi iş yoldaşını ÖLÜMÜNƏ DÖYDÜ: Cinayət gizlədilir? - ŞOK İDDİA - FOTOLAR
Market işçisi iş yoldaşını ÖLÜMÜNƏ DÖYDÜ: Cinayət gizlədilir? - ŞOK İDDİA - FOTOLAR
Market işçisi iş yoldaşını ÖLÜMÜNƏ DÖYDÜ: Cinayət gizlədilir? - ŞOK İDDİA - FOTOLAR
Market işçisi iş yoldaşını ÖLÜMÜNƏ DÖYDÜ: Cinayət gizlədilir? - ŞOK İDDİA - FOTOLAR
 

Şikayətiniz varsa Whatsapp: 050 5165251

RƏYLƏR