Masallıda 8 nəfərin öldüyü dəhşətin TƏFƏRRÜATI: toydan qayıdırmışlar - YENİLƏNİB

OXUNUB: 557 HADİSƏ

Masallıda baş verən ağır qəzanın bəzi təfərrüatı məlum olub.

7News.Az xəbər verir ki, "Mersedes Vito"nun sərnişinləri Masallıdan Bakıya toya gəliblərmiş. Hadisə toydan qayıdan zaman olub. Mikroavtobusda olanların qohum olduqları bildirilir.

Dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.

Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.

Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Milanə Atalı qızı, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır. Hər iki şəxsin vəziyyəti yaxşıdır.

X X X

APA-nın məlumatına görə, qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, toydan qayıdan Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi "KAMAZ" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, ölənlərin 2-si qadın, 3-ü kişi, 3-ü isə məktəblidir. 

Qəzada ağır yaralanan Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Miranə Atalı qızı Tağıyeva hazırda reanimasiyadadır.


09:06

Masallıda yük maşını "Mersedes Vito" markalı mikroavtobusla toqquşub.

7News.Az xəbər veir ki, Səhiyyə Nazirliyindən trend-ə verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, ölənlərin 2-si qadın, 3-ü kişi, digər 3-ü isə məktəb yaşlı uşaqdır.

Yaralı qadının 24 yaşı var. O, hazırda reanimasiya şöbəsində müalicə alır.

Masallıda 8 nəfərin öldüyü dəhşətin TƏFƏRRÜATI: toydan qayıdırmışlar - YENİLƏNİB

 Masallıda 8 nəfərin öldüyü dəhşətin TƏFƏRRÜATI: toydan qayıdırmışlar - YENÄ°LƏNÄ°B
 
7News.Az

RƏYLƏR