Masallıda ev yandı: Ölən var

OXUNUB: 629 SOSİAL

Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb.

İcmal.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Mahmudavar kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli, yeddi otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Kazımova Mariya Balakişi qızının yanmış cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

İcmal.Az

RƏYLƏR