Masallıda sürücü sükan arxasında öldü

OXUNUB: 533 HADİSƏ

Masallıda avtomobil divara çırpılıb.

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, Masallı şəhərinin mərkəzindəki Nəriman Nərimanov küçəsində "Mercedes”markalı avtomobil sürücünün idarəetməsində çıxaraq yol kənarındakı evin divarına çırpılıb.

İlkin araşdırmadan sonra məlum olub ki, avtomobili idarə edən 60 yaşlı kişi ürək tutmasından sükan arxasında vəfat edib. Nəticədə maşın idarəetmədən çıxaraq qəzaya uğrayıb.

 

İcmal.Az

RƏYLƏR