Maşın 5 yaşlı uşağı vurdu

OXUNUB: 535 HADİSƏ

Dekabrın 23-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev vurulub.

İcmal.Az-ın DİN-ə istinadən verdiyi xəbərə görə,azyaşlı uşaq xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin "Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Çingiz Osmanov saxlanılaraq istintaqa təhvil verilib.

 

İcmal.Az

RƏYLƏR