"Maşın"da iki iştirakçı birdən getdi - Finalçılar bəlli oldu

OXUNUB: 735 ŞOU-BİZNES

Gözlənilməz hadisələri ilə yadda qalan "Maşın"ın bu gün yeni bölümü nümayiş olunub.

 
İcmal.Az xəbər verir ki, 5 iştirakçı ilə davam edən oyunda bu gün Uran səsverməyə çıxıb.

Finala iki addım qalmış səsverməyə çıxan Uran səs topladığı təqdirdə Pərvin Abıyevanı oyundan çıxaracağını söyləyib.

Abıyeva isə "Uran yeniyetməlik illərimin qəhrəmanıdır" deyərək onunla mübarizə aparmaqdan imtinadə edib və nəticəni tamaşaçıların ixtiyarına buraxıb.

56,51 faiz səslə reper şouda iştirakını davam etdirib və o, Aytən Səfərovanı evə yola salıb. Pərvin Abıyeva isə özü əlini götürərək şounu tərk edib. 

Beləliklə, "Maşın"da finalçılar bəlli olub: Roza Zərgərli, Uran və Hüseyn Əzizoğlu. 

 
İcmal.Az

RƏYLƏR