Maşınların üzərinə sürüb "yaxşı edirəm" deyən sürücü SAXLANILDI - VİDEO

OXUNUB: 354 HADİSƏ

Bakıda əks yola çıxan sürücü cərimələnib. Bu barədə Bakı şəhər Dövlət Yol

Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a

açıqlamasında bildirib: "Nizami rayonu M.Şərifli küçəsində əks yola çıxaraq

axına qarşı hərəkət edən 01-CF-641 qeydiyyat nişanlı "Opel" markalı

avtomobilin sürücüsü saxlanılıb. 1993-cü il təvəllüdlü Zeynalov Elvin

Vəliəddin oğlu törətdiyi xətaya görə İnzibati Xətalar Məcəlləsinin

327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində cərimə edilib".

Xatırladaq ki, 01-CF-641 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin

sürücüsü oktyabrın 28-i paytaxtın M.Şərifli küçəsində hərəkət edərkən

əks istiqamətli zolağa çıxaraq axına qarşı hərəkət edib. Görüntünü

qeydə alan sürücü qəzadan yayınmaq üçün dayanıb və qayda pozan

sürücüyə irad bildirib. O, səhvini boynuna almaq əvəzinə "yaxşı edirəm"

deyərək özünü haqlı çıxarmağa çalışıb.


 
 


 

RƏYLƏR