Mayami beynəlxalq hava limanının terminalı atışma səbəbindən bağlanıb.
İcmal.Az-ın Trend-ə istinadən xəbərinə görə, bu haqda hava limanının rəsmi "Twitter" səhifəsində məlumat verilib.
Məlumata görə, hadisədə 1 nəfər şübhəlinin iştirak etdiyi bildirilir. Polis artıq hadisə yerindədir.
Hava limanının J terminalı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
İcmal.Az

























