"Mayomed"də sertifikasiyadan keçməyən işçilər tibb fəaliyyəti ilə məşğul olub - 8 minlik cərimə

OXUNUB: 252 SOSİAL
"Mayomed Sağlık Hizmetleri Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması)  inzibati xəta protokolu tərtib olunub. 

Tibb mərkəzi barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü  maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir. 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır. 

Qeyd edək ki, Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzi Klinika adı altında fəaliyyət göstərir. 

RƏYLƏR