MDU-da tələbələr arasında İnformasiya təhlükəsizliyi günləri mövzusunda elmi seminar təşkil olunub

OXUNUB: 206 SOSİAL
MDU-da "HEYDƏR ƏLİYEV İLİ” çərçivəsində və "30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi” gününə həsr olunmuş silsiləli şəkildə həyata keçirilən TƏDBİRLƏR PLANI hazırlanmışdır.23.11.23-24.11.23-cü il tarixlərində "30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi” gününə həsr olunmuş elmi-praktik seminar İT yönümlü ixtisaslarda təhsil alan tələbələr arasında təşkili nəzərdə tutulmuşdur. 28.11.23-cü il tarixində "30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi” gününə həsr olunmuş CTF yarışması tələbələr arasında təşkili nəzərdə tutulmuşdur.29.11.23-01.12.23-cü il tarixlərində "Heydər Əliyev İli” çərçivəsində və 30 noyabr "Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunmuş "İnformasiya təhlükəsizliyi və kibermüdafiə: qlobal tendensiyalar və strategiyalar” 
Tədbirlərin təşkilində bizlərə dəstək verən Gazi Üniversitetinin rektoru hörmətli Musa Yıldıza, MDU-nun rektoru hörmətli Şahin Bayramova, AzTU-nun rektoru hörmətli Vilayət Vəliyevə, Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının sədri Elvin Balacanova, Kiber Təhlükəzlik Platforması Azərbaycan təsisçisi və icraçı direktoru Şahin Aliyevə, Türkiyənin Qazi Universitetnin professoru Cemal Yılmaza dərin təşəkkürümüzü bildiririk.

23.11.23-24.11.23-cü il tarixlərində "HEYDƏR ƏLİYEV İLİ” çərçivəsində və "30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi” gününə həsr olunmuş "İnformasiya təhlükəsizliyi günləri” mövzusunda tələbə 2 günlük II elmi-praktik seminar   uğurla təşkil olunmuşdur. Seminarda Kafedranın əməkdaşları və tələbələri ilə birgə Türkiyənin Qazi universitetinin qonaq professoru Cemal Yılmaz, Ankara Hacı Bayram Universitetinin qonaq professoru Evren Guçer, Dayanıqlı inkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin direktoru, dosent Asim Məmmədov və Daxili Nəzarət Şöbəsinin müdiri Elçin Əliyev iştirak etmişdir.
Açılış nitqində Mühəndislik Fakultəsinin dekanı dosent Almaz Əliyeva çıxış edərək, cənab Rektor Şahin Bayramovun adından salamlarını çatdırıb, iştirakçılara İnformasiya təhlükəsizliyinin əsas aspektlərini və günümüzün ən aktual və problemli sahəsi olduğunu vurğulayaraq, elmi praktik seminarın işinə uğurlar arzu edib.
Seminarda İnformasiya təhlükəsiziliyi istiqamətində maraqlı məruzələr dinlənilib:
1.Kiberhücumlar və müdafiə mexanizmləri, Məruzəçi: Rahid ZAHİROV, KE23 saylı qrupun tələbəsi, Elmi rəhbər: tex.f.d. Aidə MUSTAFAYEVA, 2.Kibermədəniyyət, Məruzəçi: Nailə HACIZADƏ, İT22.2 saylı qrupun tələbəsi, Elmi rəhbər: Şəbnəm NƏSİROVA. 3.Fişinq hücumları, Məruzəçi: Nərmin MƏMMƏDOVA, İT22.1 saylı qrupun tələbəsi, Elmi rəhbər: m. Nərmin ƏHMƏDOVA, 4.Kibertəhlükəsizlik kubu, Məruzəçi: Fidan ƏLİYEVA, İnT22 saylı qrupun tələbəsi, Elmi rəhbər: m. Səadət ASLANOVA, 5.Fərdi məlumatları necə mühafizə etməli? Məruzəçi: Türkan CƏFƏROVA, İT22.2 saylı qrupun tələbəsi, Elmi rəhbər: m. Günel BAXŞİYEVA, İoT texnologiyalarında informasiyanın mühafizəsi mexanizmləri, Məruzəçi: Məryəm BƏKİROVA, İT21 saylı qrupun tələbəsi, Elmi rəhbər: b/m. Elnur XƏLİLOV, Fərdi məlumatların qorunması sahəsində beynəlxalq təcrübənin analizi, Məruzəçi: Alişan RUFULLAYEV, Əfqan HƏSƏNOV, İnT23 saylı qrupun tələbələri, Elmi rəhbər: m. Məryəm ƏSƏDOVA, Rəqəmsal mühitdə daxili və xarici təhdidlər, Məruzəçi: Aynurə HƏSƏNOVA, İT22.1 saylı qrupun tələbəsi, Elmi rəhbər: m. Dinarə İSLAMOVA, Kibertəhlükəsizlik domenləri,Məruzəçi: ƏLƏKBƏRZADƏ Aslan, KM22 saylı qrupun tələbəsi,Elmi rəhbər: m. Validə NURİYEVA
Sosial mühəndislik,Məruzəçi: Adil ƏHMƏDZADƏ, İnT23 saylı qrupun tələbəsi,Elmi rəhbər: m. Elvin MURADZADƏ.  Sonda Müzakirələr aparılmış və tədbirin davamlılığını təmin etmək üçün təkliflər hazırlanmışdır.
Elmi seminarın təşkilində bizlərə dəstək verən MDU-nun rektoru hörmətli Şahin Bayramova, Mühəndislik fakültəsinin dekanı Almaz Əliyevaya və İnformasiya texnologiyaları kafedrasının əməkdaşlarına və tələbələrinə, Könüllü tələbə heyətimizə dərin təşəkkürümüzü bildiririk!
 






RƏYLƏR