MDU və Dokuz Eylül Universiteti İT və Elm Sahəsində Yeni Əməkdaşlıq Dövrünü Başladır!

OXUNUB: 102

Azərbaycan-Türkiyə "Bir Millət, İki Dövlət” Timsalında Elm və Təhsil Sahəsində Yeni Strateji Addımlar: MDU və Dokuz Eylül Universiteti İT və Elm Sahəsində Yeni Əməkdaşlıq Dövrünü Başladır!

 

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərliyi ilə universitetin bir qrup nümayəndə heyəti Türkiyədə rəsmi işgüzar səfərdədir. Bu səfər MDU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ikili diplom və elmi rəhbərlik proqramlarının formalaşdırılması istiqamətində atılmış strateji addım kimi dəyərləndirilir.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun həyata keçirdiyi təhsil islahatları məhz ölkənin peşəkar kadr siyasətinin formalaşdırılmasında atılan ən uğurlu addımlardan biridir, bu səfər isə həmin islahatların beynəlxalq əməkdaşlıq çərçivəsində konkret nəticələrini ortaya qoyur. İlk görüş İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində (DEU) keçirilib. Görüşdə nümayəndə heyətləri bir neçə istiqamətdə əməkdaşlıq imkanlarını müzakirə etmişlər.

MDU İnformasiya Texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva DEU-nun Kompüter Elmləri kafedrasının müdiri Prof. Dr. Aylin Alın və Prof. Dr. Abdullah Seçgin ilə görüşərək bir neçə strateji əməkdaşlıq istiqamətini müəyyənləşdirib:

Ø  Kompüter elmləri sahəsində birgə elmi tədqiqatlar;

Ø  Magistratura üzrə ikili diplom və ikili elmi rəhbərlik proqramları;

Ø  Doktorantura səviyyəsində qəbul proqramlarının formalaşdırılması;

Ø  Tələbə və müəllim mübadiləsi (1–6 aylıq təcrübə proqramları);

Ø  Birgə elmi laboratoriyaların istifadəsi və ortaq tədqiqat infrastrukturunun yaradılması;

Ø  Kriptoqrafiya sahəsində akademik heyət üçün onlayn təlimlərin təşkili;

Ø  Riyaziyyat, informatika və digər sahələr üzrə beynəlxalq olimpiadaların təşkili.

Olimpiadaların əsas məqsədi gənclərin elmi biliklərini praktik müstəviyə keçirmək, yaradıcılıq və innovativ düşüncə qabiliyyətini artırmaq, eləcə də Azərbaycan–Türkiyə elmi və mədəni əməkdaşlığını daha da gücləndirməkdir.

Görüş zamanı vurğulanıb ki, bu əməkdaşlıq iki qardaş ölkə arasında ali təhsil sisteminin inteqrasiyasına, elmi potensialın birləşdirilməsinə və beynəlxalq innovasiyaların birgə inkişafına xidmət edəcək. Bu strateji addım MDU-nun beynəlxalq elmi nüfuzunu artırmaqla, tələbə və tədqiqatçılara qlobal səviyyədə elm və texnologiya mübadiləsi imkanları yaradacaq.

Bu əməkdaşlıq, Azərbaycan–Türkiyə ali təhsil sahəsində strateji körpü rolunu oynayaraq MDU-nun beynəlxalq elmi əlaqələrini gücləndirir, gənc tədqiqatçı və tələbələr üçün geniş imkanlar yaradır, həmçinin süni intellekt, data analitika və informasiya texnologiyaları sahələrində innovativ təhsil mühitinin formalaşmasına təkan verir.

 Növbəti görüşlər Türkiyənin aparıcı ali təhsil müəssisələri — Ege, Qazi, OSTİM və Orta Doğu Texniki Universitetlərində (ODTÜ) keçirilməsi planlaşdırılır.

 












 
 

RƏYLƏR