“MEDİA Könüllüləri” üçün növbəti peşəkar inkişaf təlimləri keçirilib

OXUNUB: 62 SOSİAL
Sentyabrın 22-də Bakı Media Mərkəzində "MEDİA Könüllüləri” üçün növbəti peşəkar inkişaf təlimləri keçirilib.

Təlimdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva "Uğurlu kommunikasiyanın qurulması: nitq mədəniyyəti” mövzusunda çıxış edib. Səidə Şəfiyeva könüllülərə media sahəsində effektiv kommunikasiyanın qurulması, karyeranın artırılmasında natiqliyin rolu, nitqin qurulması, jest və mimikalardan istifadə barədə danışıb.

Daha sonra tanınmış praktik psixoloq və pedaqoq Gülər Məmmədova tərəfindən könüllülərlə "Motivasiyanın əsasları, stresin və vaxtın idarəedilməsi” mövzusunda geniş müzakirə aparılıb. Təlim çərçivəsində Gülər Məmmədova könüllülərə insanın psixoportretinin peşə seçimindəki rolu, motivasiya mənbələri və onların peşə fəaliyyətinə təsiri, stresli situasiyalarda davranış qaydaları, habelə vaxtın səmərəli idarəedilməsi haqqında məlumat verib.

Təlimlər interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, könüllülərin ünvanladığı suallar təlimçilər tərəfindən cavablandırılıb.

RƏYLƏR