MEDİA-nın təşəbbüsü ilə keçirilən təlimlər başa çatıb, sertifikatlar verilib

OXUNUB: 81 index-manşet SOSİAL
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə "Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün keçirilən təlimlər başa çatıb.
Təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb. Qrupların hər birində 20 nəfər iştirak edib. Okyabrın 4-dən 8-dək KİV nümayəndələrinə təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlər keçirilib.Sonda təlim proqramını uğurla başa vuran jurnalistlər sertifikatla təltif olunub.Qeyd edək ki, İngiltərədə yerləşən "Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.

RƏYLƏR