Medvedev Çinə səfər edib

OXUNUB: 223 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiyanın keçmiş baş naziri və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev gözlənilmədən Çinə səfər edib. Medvedev paytaxt Pekində Çin prezidenti Si Cinpin ilə görüşüb. Çinə səfərini sosial media hesabından açıqlayan Medvedev, Xi ilə Rusiya və Çin arasındakı "məhdud" strateji ortaqlığı müzakirə etdiklərini qeyd edərək, "Çin və Rusiyanın iki hakim partiyası arasındakı əməkdaşlığı müzakirə etdik, ikitərəfli əməkdaşlıq çərçivəsində İqtisadiyyat və sənaye istehsalı da daxil olmaqla strateji tərəfdaşlığımız var"-dedi. Xi bütün tərəfləri Ukraynadakı vəziyyətin sülh yolu ilə həllini tapmağa çağırıb və münaqişənin diplomatik yollarla bitəcəyinə ümid etdiyini bildirib.

7NEWS.az

RƏYLƏR