Medvedev namizədlərini açıqladı

OXUNUB: 537 DÜNYA

Rusiya prezidenti Vladimir Putinin baş nazir postuna namizəd kimi təqdim etdiyi Dmitri Medvedev Nazirlər Kabinetinin rəhbər heyətinə öz təkliflərini səsləndirib. 

İcmal.Az xəbər verir ki, təklif olunan namizədlər sırasında bundan öncəki kabinetdə baş nazirin müavinləri olan şəxslərin adları daxil olmayıb.

Bunlar İqor Şuvalov, Arkadi Dvorkoviç, Sergey Prixodko, Dmitri Roqozun, Yuri Trutnev, Aleksandr Xloponindir. 

Anton Siluanov yeni hökumətdə maliyyə naziri vəzifəsində qalacaq. O, iqtisadi blokun kuratoru olacaq. 

Siluanovdan başqa Medvedev özünə müavin kimi Tatyana Qolikova, Aleksey Qordeyev, Dmitri Kozak, Vitali Mutko, Yuri Borisov, Olqa Qolodets və Maksim Akimovu namizəd göstərib.

Əvvəlki hökumətdə müdafiə nazirinin müavini olan Yuri Borisov baş nazirin hərbi-sənaye kompleksi məsələləri üzrə müavini olacaq. O, bu vəzifədə Dmitri Roqozini əvəz edəcək.

Dmitri Kozak sənaye və enerji üzrə müavin olacaq. Ona qədər bu vəzifəni Arkadi Dvorkoviç tuturdu. 

Bununla yanaşı, Medvedev nazir postlarına namizədlərini açıqlamayıb.

İcmal.Az

RƏYLƏR