Mehdiabadda güclü YANĞIN

OXUNUB: 856 HADİSƏ

Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 600 kvadratmetr olan sexdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, hadisə nəticəsində ikimərtəbəli beşotaqlı sexin ikinci mərtəbəsi və dam örtüyü 300 kvadrat metr sahədə və içərisində olan 5 dəzgah yanıb, yüksək temperaturdan 1-ci mərtəbənin lambirdən ibarət arakəsməsi 140 kvadrat metr sahədə əriyib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

 İcmal.Az

RƏYLƏR