Məhkəmə Hüseyni qaçıran “İŞİD”çiyə güzəşt etmədi

OXUNUB: 619 HADİSƏ

Bu gün Bakı Apellyasiya Məhkəməsində özünü "İŞİD”çi kimi təqdim edərək 8 yaşlı uşağı qaçırıb atasından pul tələb etməkdə təqsirləndirilən Elnur Məmmədovun barəsindəki hökmdən verilən məhkəmə prosesi yekunlaşıb.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən E.Məmmədov baərsindəki hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2016-cı il mayın 9-da Sabunçu rayonunun Şuşa şəhərciyində baş verib. E.Məmmədov 8 yaşlı Hüseyni futbol öyrətmək, top hədiyyə vermək adı ilə aldadaraq evlərindən uzaqlaşdırıb, sahibsiz 3 mərtəbəli tikilidə əlini, ayaqlarını və ağzını bağlayaraq saxlamışdı. O, Hüseynin atası Elnur Ramazanovdan uşağın qaytarılması müqabilində 30 min manat istəmişdi. 8 yaşlı Hüseyn isə həmyaşıdı olan dostu vasitəsilə babası tərəfindən həmin tikilidə tapılmışdı.

E.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib./qafqazinfo

İcmal.Az

 


RƏYLƏR