Məhkəmə professorun evindən oğurluq edən xidmətçi ilə bağlı qərar verdi

OXUNUB: 574 HADİSƏ

Bakıda oğurluqda təqsirləndirilən Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Mehriban Quliyeva 4 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 79-cu maddəsi nəzərə alınaraq, qadının təzə doğulmuş körpəsi 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb.

Qeyd edək ki, dövlət ittihamçısı Mehriban Quliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs edilməsini tələb edib.

Mehriban Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinir. İttiham aktına əsasən, o, qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə ittiham olunur.

4 uşaq anası olan Mehriban Quliyeva 5-ci uşağına hamilədir.

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığında olan qadın ittihamda qeyd edilənlərlə razılaşmadığını söyləyib.

İşlədiyi evdən oğurluq etdiyini boynuna alan Mehriban Quliyeva məbləğin şişirdildiyini bildirib. O, mənzil sahibinə dəymiş zərərin bir hissəsini ödəyib.

Xatırladaq ki, mənzilindən oğurluq edilən Aida İbrahimova BDU-nun professorudur. İttihama görə, onun mənzilindən 41 min manat oğurlanıb. Mehriban Quliyeva 7 min manatı istintaq dövründə ödəyib./publika

İcmal.Az

RƏYLƏR