“Mehmanın da həbs olunacağı gün uzaqda deyil.” - DEPUTAT

OXUNUB: 346 Özəl SİYASƏT
"Bütün həyatını yalan, iftira, həqarət üzərində quran, ölkənin ən dəyərli insanlarını hədəfə alan, sözün gerçək anlamında gədəlik edən Mehman Hüseynovun da qanun və məhkəmə qarşısında cavab verəcəyi gün uzaqda deyil. Bu adamın fəaliyyəti gec olmadan hüquq-mühafizə orqanları tərəfindən təftiş edilməli, əlaqələri yoxlanılmalı, törətdiyi mənəvi terrorların və faktiki cinayətlərin sifarişçiləri müəyyənləşdirilməli, ağzının payı verilməlidir!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.   

"Milli mənsubiyyəti belə şübhə altında olan bu "ağzısulu”ya görəsən kim o haqqı verib ki, təlxəkliyi cinayət səviyyəsinə gətirsin, təhqir etmək lüksuna sahiblənsin, ağlına və ağzına gələni danışsın?

Mühacir adı ilə yaramazlıq edənlərlə bağlı məsələ aydındır. Onlar konkret ölkələrin xüsusi xidmət orqanlarının himayəsindədir. Bəs Bakıdakı Mehman? O niyə bu qədər rahatdır? O kimə güvənir? O niyə ağzının qatığını bu şəkildə komfortla dağıdır?

Qanun hamı üçün qanundur. Ona görə də, kimsəyə güzəşt edilməməlidir.

Bu adamın layiq olduğu yer azadlıq deyil, həbsxanadır və heç şübhə etmirəm ki, yaxın günlərdə onun da məsələsinə baxılacaq və barəsində ciddi tədbir görüləcək” – deyə millət vəkili fikirlərinə davam edib.

RƏYLƏR