Məkkədə Kral Saat Qülləsinə ildırım düşüb

OXUNUB: 293 Özəl DÜNYA
Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü yağışlar səbəbindən küçələr gölə çevrilərkən, Kral Saat Qülləsinə çoxlu ildırım düşüb.

7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhərini güclü yağış və tufan vurub. Güclü yağışdan sonra küçələr gölə çevrilib, maşınlar sel sularına sürüklənib. Dünyanın ən hündür on göydələnindən biri hesab edilən Kral Saat Qülləsinin üzərinə düşən çoxsaylı ildırımlar səmanı işıqlandırdı. Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi ölkənin müxtəlif bölgələrində təsirli olan leysan yağışları və daşqınlara qarşı Səudiyyə xalqını və turistləri xəbərdar edib.

7NEWS.az

RƏYLƏR