7NEWS.az xəbər verir ki, Meksika ordusu Sinaloa əyalətinin Culiacan və ətraf şəhərlərində səhər saatlarında silahlı pilotsuz uçuş aparatı (SİHA) və helikopter dəstəyi ilə eyni vaxtda əməliyyat keçirib. Bildirilib ki, əməliyyatda "El Raton” ləqəbli, "Sinaloa” kartelinin lideri, məşhur meksikalı narkobaron, "El Çapo” ləqəbli Xoakin Quzmanın oğlu Ovidio Quzman yaxalanıb. Əməliyyat zamanı məhbus Quzmanla birlikdə təhlükəsizlik qüvvələrinin bölgəni tərk etməsinə mane olmağa çalışan silahlı kartel silahlıları nəqliyyatı kəsmək üçün bir çox avtomobili yandırıb və ətrafdakı yolları hərəkətə bağlayıb. Bildirilir ki, Meksika ordusu saatlarla kartel üzvləri ilə döyüşür. Ovidio Quzman ABŞ tərəfindən narkotik ticarəti ittihamı ilə axtarışa verilib.
7NEWS.az