2020-ci ildə Meksikada reabilitasiya mərkəzinə silahlı hücumda 25 nəfəri öldürən şübhəli Xesus Emanuel 797 il həbs cəzasına məhkum edilib.
7NEWS.az xəbər verir ki, 2020-ci il iyulun 1-də Meksikanın Quanaxuato əyalətinin İrapuato şəhərində reabilitasiya mərkəzinə 27 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumun səbəbkarlarından biri olduğu aşkarlanan Xesus Emanuel məhkəməyə verilib.
Quanajuato Əyalət Baş Prokurorluğundan verilən açıqlamada qətldə şübhəli bilinən El Jordan ləqəbli İsa Emanuelin 797 il həbs cəzasına məhkum edildiyi bildirilib.
Hücumda həyatını itirənlərdən 25-nin qatilinin Emanuel olduğu, 5-ni isə yaraladığı müəyyən edilib.
İşə baxan hakim şübhəlini hər qətlə görə 29 il, hər xəsarətə görə isə 14 ildən çox cəza verib.
7NEWS.az