Meksikada 6 bal gücündə zəlzələ baş verib

OXUNUB: 437 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Meksikada baş verən 6 bal gücündə zəlzələ panikaya səbəb olub. Meksika Milli Seysmoloji Xidmətindən verilən açıqlamada, yerli vaxtla saat 08:31-də Guerrero əyalətinin Tucpan şəhərindən 22 kilometr cənubda 6 bal gücündə zəlzələnin baş verdiyi və 11 mindən çox artçı zəlzələnin olduğu bildirilib. Zəlzələnin paytaxt Mexiko şəhəri və ətrafdakı Miçoakan, Oaxaca və Puebla əyalətlərində, eləcə də Gerrero əyalətində hiss edildiyi bildirilsə də, indiyədək hər hansı dağıntı və tələfat qeydə alınmayıb. Meksika prezidenti Andres Manuel Lopez Obrador zəlzələdən sonra verdiyi açıqlamada mülki müdafiə qruplarının hərəkətə keçdiyini və hadisə ilə bağlı hesabatın tezliklə açıqlanacağını bildirib.

7NEWS.az

RƏYLƏR