Meksikada Ali Məhkəməyə ilk dəfə qadın prezident seçildi

OXUNUB: 345 Özəl DÜNYA
Meksikada Norma Pina Hernandez Milli Ali Ədalət Məhkəməsinin (SCJN) sədri oldu. Hernandez Ali Məhkəmənin ilk qadın prezidenti kimi qeyd olunur. 

7NEWS.az xəbər verir ki, Meksikada ilk dəfə olaraq Ali Məhkəməyə qadın sədrlik edəcək. Milli Ali Ədalət Məhkəməsinin (SCJN) Baş Assambleyasında keçirilən 3 tur səsvermə nəticəsində Norma Pina Hernandez rəqibi Qutierrez Menaya qarşı 6 səs əleyhinə 5 səslə son turda qalib gəlib. 

Hernandez çıxışında Meksika federal məhkəmə sistemində yenilənmə və inkişaf mənasını verən "şüşə tavan”ın qırıldığını və bu vəzifəni üzərinə götürməklə həm həmkarlarına, həm də ölkənin bütün qadınlarına qarşı ikiqat məsuliyyət daşıdığını bildirib. 

Hüquqşünas və müəllim, 62 yaşlı Hernandez 34 illik hakimlik karyerası ilə yanaşı, 2015-ci ildən Ali Məhkəmədə işləyir. 


RƏYLƏR