Meksikada arxeoloqlar cəngəllikdə qədim Maya şəhərinin qalıqlarını tapdılar

OXUNUB: 135 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Meksika Milli Antropologiya və Tarix İnstitutundan (INAH) verilən açıqlamaya görə, arxeoloq İvan Spraycın rəhbərlik etdiyi tədqiqat qrupu Yucatan yarımadasındakı Kampeçe əyalətindəki Balamku qoruq ərazisində qədim Maya sivilizasiyasının qalıqlarını aşkar edib. Aşkar edilmiş qədim şəhərin hər yerinə səpələnmiş çoxlu sayda silindrik daş sütunlara görə şəhər maya dilində daş sütun mənasını verən "Ocamtun” adlandırılmışdır. Qalıqlar INAH Arxeoloji Şurası tərəfindən təsdiq edilmiş "Mərkəzi Maya düzənliklərinin arxeoloji panoramasının genişləndirilməsi” layihəsi çərçivəsində aparılan çöl işləri nəticəsində tapılıb. 50 hektardan çox ərazini əhatə edən qədim şəhər bir neçə möhtəşəm tikiliyə, o cümlədən hündürlüyü 15 metrdən çox olan piramidaya bənzər bir neçə tikiliyə malikdir.

7NEWS.az

RƏYLƏR