Meksikada avtobus dərəyə aşıb: Ölənlər var

OXUNUB: 822 DÜNYA

Meksikanın cənubunda Çyapas ştatında avtobusun təxminən 100 metr dərinliyi olan dərəyə aşması nəticəsində ən azı 16 nəfər ölüb, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

Hadisə Motosintl və Uistl bələdiyyələri arasında baş verib. Polisin məlumatına görə, avtobusda dini sektanın üzvləri olublar.  

İlkin məlumata görə, qəza yüksək sürət səbəbindən baş verib. 

Hadisə yerində xilasetmə xidmətlərinin əməkdaşları cəlb edilib./oxu.az

 İcmal.Az


RƏYLƏR