7NEWS.az xəbər verir ki, Meksikanın Quanaxuato ştatında yerləşən İrapuato şəhərində "La Texana” adlı bara gecə saatlarında silahlı basqın edilib. Hücumda 12 nəfərin həyatını itirdiyi, 3 nəfərin yaralandığı bildirilib. Hadisə şahidləri bildiriblər ki, xizək maskalı bir neçə şəxs bara gələrək içəridəki insanlara avtomat silahlardan atəş açıb. Hücum zamanı bəzi müştərilər barın arxa qapısından qaçaraq qaça bilsələr də, yaralıların cəsədlər arasında gizlənərək sağ qaldığı bildirilir.
7NEWS.az