Meksikada bomba yüklü avtomobil partladılıb: 5 YARALI

OXUNUB: 157 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Meksikanın Quanaxuato əyalətinin Selaya şəhərində vətəndaşlar şübhəli avtomobil barədə polisə məlumat veriblər. Xəbərdarlıq üzərinə təhlükəsizlik qüvvələri bomba yüklü olduğu bildirilən avtomobili yoxlamağa gedib. Baxış zamanı tərk edilmiş avtomobil partlayaraq yanıb. Qəza nəticəsində 5 milli qvardiya yaralanıb, alov digər avtomobillərə keçib. Bəzi evlərin şüşələri sındırılıb. Xəstəxanaya aparılan mühafizəçilərin vəziyyətinin ağır olduğu bildirilib. Hadisədən sonra bölgəyə çoxlu sayda mühafizəçi göndərilib və qəza ilə bağlı araşdırma başlayıb.

7NEWS.az

RƏYLƏR